Gürcüstanda son gündə koronavirusa yoluxma hallarının sayı 5697 nəfər artıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Sputnik Gürcüstan” nəşrində yer alıb.
Mənbə, həmçinin 54 nəfərin öldüyünü yazır. Qeyd edilib ki, son 24 saat ərzində 2.713 nəfər sağalıb, pandemiyanın başlanğıcından bəri bu rəqəm 403.762-dir.
Ümumilikdə isə 6128 nəfər dünyasını dəyişib.
Bu vaxta qədər 664.997 nəfər aşılanıb. Onlardan 204.234-ü iki doza alıb.
Bizim.Media