Gürcüstanda seçkilərə 50 siyasi partiya qatılacaq

Gürcüstanda seçkilərə 50 siyasi partiya qatılacaq

Hazırda oxunan: Gürcüstanda seçkilərə 50 siyasi partiya qatılacaq

31791

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına və bəzi şəhərlərin meri vəzifəsinə oktyabrın 2-də keçiriləcək seçkilərdə 50 siyasi partiya iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

MSK artıq siyasi partiyaların seçkilərdə iştirak üzrə sıra nömrələrini müəyyən edib.

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası seçkilərdə 41-ci, əsas ana müxalifət hesab edilən “Vahid Milli Hərəkat” partiyası 5-ci nömrə altında çıxış edəcək.

Sabiq baş nazir Giorgi Qaxariyanın təsis etdiyi və ölkədə üçüncü əsas güc kimi təqdim olunan “Qaxariya-Gürcüstan naminə” partiyası isə 25 nömrə ilə mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO