“Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəlki hakimiyyəti dövründə bu və ya digər şəxsi vəzifəyə gətirmək, eyni zamanda müxtəlif komissiyalar yaratmaq üçün parlamentlə məsləhətləşmələr aparardı. Lakin yeni iqtidar dönəmində əvvəl atdığı addımları tənqid edərək, təkbaşına siyasət yürüdür”.
Bizim.Media xəbər verir ki, bu sözləri erməni siyasi mütəxəssisi Armen Badalyan erməni mətbuatına müsahibəsində deyib.
Badalyan, bundan əlavə Paşinyanın sorosçu siyasətini də sərt tənqid edib:
“İqtidar partiyası Sorosun istəklərini yerinə yetirməyə çalışır. Parlamentdə yeni komissiyaların yaradılmasının əsas səbəbi də, məhz sorosçuları yaxşı vəzifələrə yerləşdirməkdir. Paşinyan Sorosa hesabat verməyə məcburdur”.
Siyasi ekspert Ermənistan Parlamentinin xalqın mənafeyini müdafiə edə biləcəyinə inanmadığını da qeyd edib. Badalyan bu fikrini ölkədə Nikol Paşinyanın avtoritar hakimiyyətinin mövcudluğu ilə əlaqələndirib.
Erməni ekspert hazırki iqtidarın ölkə konstitusiyasına uyğun davranmadığını da sözlərinə əlavə edib:
“Ermənistan Konstitusiyası parlamentin yox, yalnız icraedici hakimiyyətin maraqlarını müdafiə edir. Çünki Konstitusiya yazıldığı dövrdə Ermənistan prezidentli respublika idi. Bu səbəbdən də, konstitusiya indiki dövrün idarəetməsi ilə heç cür uyğunlaşmır”.
Bizim.Media
- A-
- A
- A+
Region
18:20 / 07.08.2021
Erməni ekspert: “Paşinyan Sorosa hesabat verməyə məcburdur”
Hazırda oxunan: Erməni ekspert: “Paşinyan Sorosa hesabat verməyə məcburdur”
Hazırda oxunan: Erməni ekspert: “Paşinyan Sorosa hesabat verməyə məcburdur”
31648
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.