Ekoloji terrorizm anlayışı 70-ci illərin əvvəllərində nüvə sınaqlarına qarşı təbiətin mühafizəsinə qalxan fəalların etirazı ilə başlayıb. ABŞ kimya sənayesindəki qəzalar da ekoloji fəlakətlərə səbəb olur.
Bizim.Media xəbər verir ki, ekoloji terrorçuluq qlobal təhdiddir. Ən təhlükəli metodu isə terrrorçular tərəfindən AES-lərin partladımasıdır. Çünki Amerikanın Yaponiya adaların atdığı atom bombalarının fəsadlarını bilməyən yoxdu. Ya da Çernobıl hadisələrini xatırlamaq kifayətir.
Oxçuçay və “Metsamor” təhdidləri...
Ekoterrorizm müəyyən terrorçuların, yaxud güclərin, bəzən dövlətlərin təbiətə hədə vasitələrindəndir. Məsələn, Ermənistanın Oxçuçayı çirkləndirməsi ekoloji terrorçuluqdur və bu akt təkcə Zəngilan yox, İran və Azərbaycanın Arazboyu hissəsini, Xəzəryanı ölkələri də hədəfə alır. İrəvanın regiona digər eko təhdidi “Metsamor” AES-dir. Əlbəttə Ermənistanın təbiətə minalarla vurduğu ziyan da cüzi deyil.
Təkcə 2016-cı ildə 1500-dən çox terror aktı törədilib və bunların əksəriyyəti iri şəhərlədə baş verib. Bu isə həmin şəhərlərdə atmosfer qatının çirklənməsinə, insanların təmiz olmayan havanı udmasına gətirib çıxarır.
Atmosfer qatının çirklənməsi isə müxtəlif mikrobların yaranmasına da səbəb olur ki, bu viruslar sonradan pandemiyaya da çevrilə bilər. Bir vaxt yalnız infeksiya dediyimiz koronavirusun hazırda pandemiya kimi dünyanı cənginə aldığı kimi...
Terrorçuluq ekoterrorzimin əsas səbəblərindən olduğundan savayı həm də yeni savaşların başlama səbəbinə çevrilib. Əgər bir vaxtlar İŞİD ilə mübarizədə kimyəvi silahlardan da istifadə olunurdusa, bu o deməkdir ki, ekoloji terrorçuluğu ancaq terrorçular etmir.
Hind okeanında 2004-cü il zəlzələsi və sunaminin qalxması da ekoloji fəlakətlərə səbəb olub. 300 minə qədər insanın ölməsi bir yana, okean suları təbiəti də yuyub aparmışdı. Bu insident haqqında ən çox dolaşan versiya odur ki, ABŞ sualtı raket sınaqları həyata keçirib və nəticədə silkələnmə yaranıb.
Şübhələrə təsdiq kimi bir neçə fakt var:
ABŞ yaxınlaşan fəlakət barədə ancaq öz hərbi bazasını xəbərdar edib.
Fəlakətdən bir neçə il əvvələ qədər İndoneziya ABŞ-ın hərbi diktaturasında olub.
ABŞ-da sunamiləri bir ay, bir neçə gün əvvəldən müəyyənləşdirən cihazlar mövcuddur. Yəni, qəfil təbii fəlakət olsaydı amerikalılar özlərinin hərbi bazasını daha tez evakuasiya edərdilər.
Bundan başqa, ABŞ 2002-ci ildə “Sunami” filmini yayımlayıb. Həmin filmin sujet xətti isə Sakit okeanı adalarından birində cərəyan edir. Yəni, onların hansısa gələcək addımlarının anonsunu film və s ekran əsəri ilə vediyi heç kimə sir deyil.
Sunaminin yanan tərəfi, yaxud Ağ Ev-PKK iş birliyi
Səhiyyənin siyasətlə bağlı olduğu dünyada təbiət də siyasi güclərin əlindədir. Sözügedən güclər vaxtaşırı ekosistemə zərbələr vurur. Çünki onlar savaş, aclıq və pandemiyalarla təbiət kimi insanlığın da qırğınında maraqlıdırlar. Bunu isbatlayan yetərincə dəlillər var. Bunun üçün isə müxtəlif metodikalar mövcuddur.
Məsələn qışda qrip növlərinin yayılması daha əlverişlidirsə, yayda meşə yanğınları işə düşür. Baydenin saxta “erməni soyqırımı”nı tyanıması çox ekspertlər tərəfindən elə yozuldu ki, bununla ABŞ Türkiyədən “S-400”ə görə qisas alır.
Lakin qardaş ölkəni bürüyən meşə yanğınları bu intiqamın hələ də davam etdiyini göstərdi. Həm də bu hücum Türkiyənin turizmdən ən çox gəlir gətirən bölgələrini əhatə edib. Yəni, Ankara həm təbiət, həm də iqtisadiyyatına zərbə almış oldu. Məsuliyyəti öz üzərinə götürən isə “Atəş uşaqları” terror qruplaşmasıdır.
PKK/YPG terror təşkilatlarının bir qolu hesab olunan terrorçuların əsas maliyyə mənbəyi Ağ Evdir. İnsan ölümlərindən əlavə insanların əsas oksigen mənbəyi olan ağaclar tələf olub. Bu isə bir daha təsdiqləyir ki, bəzi böyük güclər özlərinin yaratdığı terror təşkilatları vasitəsilə ekoloji terrorla məşğul olur və onların nüfuz dairəsində olmayan dövlətləri sözün əsl mənasında boğmaq istəyirlər. Terror maskası altında reallaşdırılan amerikan hücumunun səbəbləri:
Türkiyənin regionda nüfuzu artıb
Ankara Suriya və Liviyada müstəqil mövqe sərgiləyib
Əfqanıstan paytaxtı türklərin nəzarətindədir
Cənubi Qafqazda ABŞ və Aİ yoxdur, amma Türkiyə var
Qərbi n sanksiyalarla yıxmaq istədiyi Rusiyaya Türkiyədən embarqo yoxdur
Əlbəttə ki, səbəb siyahısını artırmaq olar. Amma Qərbin əsas niyyəti inkişafını görmək istəmədiyi dövlətləri daxildən sarsıtmaqdır.
Daxili qarışıqlığa isə onlar ya terror, ya müxalifət etirazlar, ya da iqtisadi sanksiyalarla nail olurlar. Bütün bunlar təsirsiz, yaxud yersiz olanda isə “TİME” jurnalının kibriti işə düşür və....
Türkiyədə meşə yanğınları başlayır...
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Region
20:15 / 04.08.2021
Ekoloji terrorun tarixi - Türkiyədəki meşə yanğınlarında ƏLAMƏTLƏR
Hazırda oxunan: Ekoloji terrorun tarixi - Türkiyədəki meşə yanğınlarında ƏLAMƏTLƏR
Hazırda oxunan: Ekoloji terrorun tarixi - Türkiyədəki meşə yanğınlarında ƏLAMƏTLƏR
31190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.