“Delimitasiya və demarkasiya proseslərinə başlamaq üçün bölgədə sülh bərqərar edilməlidir, bu məsələdə tələskənlik qəbuledilməzdir”.
Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan parlamentdə çıxışı zamanı bildirib.
Müxalif “Hayastan” blokuna rəhbərlik edən keçmiş müdafiə naziri sərhədlərin delimitasiyasının, həm Ermənistan, həm də Qarabağ üçün təhlükəli olduğunu da bəyan edib.
“Hayastan” blokunun rəhbəri sözügedən addımın atılması üçün sülhün bərqərar olmasının vacibliyini də qeyd edib:
"Bu gün delimitasiya və demarkasiya aparmaq üçün heç bir şərait yoxdur. Çünki bu prosesə sülhün qorunması üçün şərait yaradıldıqda başlamaq lazımdır. Düşmən dövlətlər qonşu olur və bu məsələlərlə məşğul olmaq üçün qarışıq hökumətlərarası komissiyalar yaradılır.
Hazırda isə vəziyyət belədir. Azərbaycan Silahlı Qüvvələri sərhəddə möhkəmlənib, bizim hərbçilər isə strateji mövqeləri delimitasiya üçün azərbaycanlılara təhvil verib”.
Seyran Ohanyan sərhədlərin delimitasiyasına başlamağın, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması demək olduğunu da sözlərinə əlavə edib:
"Bu, həm Ermənistana, həm də Qarabağa aiddir. Delimitasiya və demarkasiya Azərbaycanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və Qarabağ üçün böyük təhlükə yaradır. Bunu tələsik etmək olmaz".
Keçmiş nazir çıxışında diplomatik səviyyədə sözügedən istiqamətdə danışıqların hər bir vergül, hər bir torpaq parçası uğrunda aparıldığı beynəlxalq nümunələri də xatırladıb.
Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan sərhəd məsələsinin hakimiyyətin gündəmində olduğunu bildirmişdi.
Bizim.Media
- A-
- A
- A+
Region
13:38 / 04.08.2021
Seyran Ohanyan indidən qorxuya düşüb: “Sərhədlərin delimitasiyası Qarabağın itirilməsi deməkdir”
Hazırda oxunan: Seyran Ohanyan indidən qorxuya düşüb: “Sərhədlərin delimitasiyası Qarabağın itirilməsi deməkdir”
Hazırda oxunan: Seyran Ohanyan indidən qorxuya düşüb: “Sərhədlərin delimitasiyası Qarabağın itirilməsi deməkdir”
31142
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.