Türkiyə iqtisadiyyatı meşə yanğınlarına tab gətirəcəkmi?

Türkiyə iqtisadiyyatı meşə yanğınlarına tab gətirəcəkmi?

Hazırda oxunan: Türkiyə iqtisadiyyatı meşə yanğınlarına tab gətirəcəkmi?

31121

“Böyük İyyirmiliyin üzvü olan Türkiyə 794 milyard dollar nominal ÜDM istehsal edir. İllik 167 milyard dollarlıq ixrac ilə dünyanın 26-ci ən böyük eksport potensialı olan ölkəsidir”.

Bizim.Media xəbər verir ki, iqtisadçı millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında qardaş ölkənin mövcud maliyyə imkanlarından bəhs edib:

“Trade Economics-in məlumatına görə, hazırda Türkiyənin xarici valyuta ehtiyatları 62 milyard 660 milyon dollardır. Rəsmi Ankara isə ehtiyatların 128 milyard dollar olduğunu bəyan edib.
 

MÖVZU İLƏ BAĞLI:

Dənizlinin Buldan qəsəbəsindəki yanğın söndürüldü


Pandemiyanın təsirlərinə baxmayaraq Türkiyə iqtisadiyyatı ötən il 1.8 faiz artıb. Çindən sonra 2020-ci ilə ən böyük iqtisadi artıma nail ola bilən ölkədir. Bir müddət öncə rəsmi Ankara son illər iqtisadi məsələlərin həlli üçün 165 milyard dollar vəsait xərcləndiyini bəyan edib”.

Millət vəkili bildirib ki, əvvəlki illərin təcrübəsini və mövcud potensialı nəzərə aldıqda Türkiyə yanğınların vurduğu iqtisadi ziyanları da qısa zamanda aradan qaldıracaq. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO