Türkiyənin Dənizli bölgəsində baş verən meşə yanğınlarından biri söndürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Dənizlinin Buldan qəsəbəsindəki yanğın Türkiyə və Azərbaycan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən yerli vaxtla saat 02:30 radələrində söndürülüb:
MÖVZU İLƏ BAĞLI:
Yanğınsöndürənlərimiz Denizlidə əməliyyatlara başladı
"Hazırda Tavas kəndindəki yanğının söndürülməsi istiqamətində işlər görülür".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.
İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb.
Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 252 nəfər şəxsi heyət daxildir.
Bizim.Media