Ermənistan parlamentində dava - Müxalifət iclası dayandırdı 

Ermənistan parlamentində dava - Müxalifət iclası dayandırdı 

Hazırda oxunan: Ermənistan parlamentində dava - Müxalifət iclası dayandırdı 

30838

Ermənistanda yeni parlamentin ilk iclas günündə dava düşüb. 

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, mübahisəyə səbəb “Hayastan” blokunun həbsdə olan üzvləri Mkitar Zakaryan Artur Sarkisyanın məsələsi olub. 

Blokun nümayəndələri qeyd ediblər ki, adıçəkilən iki deputat olmadan parlament rəhbərliyi seçilə bilməz. Bundan əlavə, qanunverici orqanın qərarı olmadan deputatların həbsinin qanunazidd olduğu diqqətə çatdırılıb. 

Digər müxalifətçi Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku da “Hayastan” deputatlarının tələblərinə öz dəstəklərini nümayiş etdiriblər. 

Qeyd edək ki, müxalif deputatların etirazlarından sonra parlamentin iclasında 20 dəqiqəlik fasilə yaranıb. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO