Rus qadını üçün soyunan erməni məmur məşhurlaşdı - FOTO

Rus qadını üçün soyunan erməni məmur məşhurlaşdı - FOTO

Hazırda oxunan: Rus qadını üçün soyunan erməni məmur məşhurlaşdı - FOTO

30824

Ermənistan mediasında Geqarkunik (əvvəlki adı Göyçə mahalı) vilayət administrasiyasının bir məmurunun çılpaq fotoları yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Shamshyan.com nəşri məlumat yayıb.

Mənbə yazır ki, Facebook sosial şəbəkəsində Geqarkunik bölgəsi administrasiyasından 54 yaşlı bir məmur Rusiya vətəndaşı Alina Passelinlə tanış olub.

Alinanın xahişi ilə o, çılpaq soyunub. Bu zaman qadın onu videoya çəkməyi bacarıb. Bundan sonra şantaj başlayıb və qız pulu almayacağı təqdirdə videonu məmurun Facebookdakı qohumlarının səhifələrində yayımlayacağı ilə hədələyib və 1500 dollar tələb edib.

Bir müddət sonra "Petros Karapetyan" adlı başqa bir istifadəçi oxşar təkliflə məmura müraciət edib.

O isə bu məbləğdə pulu olmadığını, amma mütləq tapmağa çalışacağını söyləyib. Bundan sonra gizli çəkiliş bütün erməni ictimaiyyətinin mülkünə çevrilib.

Geqarkunik regional idarəsinin polis şöbəsi şantaj faktı ilə bağlı cinayət işi açıb. Hazırda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO