Qarabağa xarici investorların cəlb olunmasına başlanılıb

Qarabağa xarici investorların cəlb olunmasına başlanılıb

Hazırda oxunan: Qarabağa xarici investorların cəlb olunmasına başlanılıb

2944

İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək infrastruktur layihələrinə, bərpa və quruculuq işlərinə Türkiyəli iş adamları və onların birlikləri tərəfindən maraq göstərilir. 

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

KOBİA-dan onu da bildiriblər ki, işğaldan azad olunmuş torpaqlarımızın kənd təsərrüfatı, dağ-mədən sənayesi və turizm imkanları da investorların diqqət mərkəzindədir.

İşğaldan azad edilmiş ərazilərin zəngin təbii sərvətləri, maddi - mədəni irsi, turizm potensialı kimi imkanları barədə isə hazırda xarici investorlara məlumat verilir.  

Bunun üçün ölkəmiz Türkiyədə keçiriləcək “MUSİAD Expo 2020” Sərgisində iştirak da edəcək. Sərgidə KOBİA-nın təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” stendi qurulacaq.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO