FHN: «Vətəndaşlar təhlükəsiz ərazilərə çıxarılır»

FHN: «Vətəndaşlar təhlükəsiz ərazilərə çıxarılır»

Hazırda oxunan: FHN: «Vətəndaşlar təhlükəsiz ərazilərə çıxarılır»

2846

Son günlər respublika ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi şəhər və rayonlarda, xüsusən Bakı şəhərində və Xaçmaz rayonunda küçə və prospektlərin, fərdi yaşayış evlərinin və həyətyanı sahələrin, digər obyektlərin və onların ətrafının yağış suları ilə dolması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

Bizim.Media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin canlı qüvvəsi və texnikaları yağış sularının yığıldığı ərazilərə cəlb olunub.

Xilasetmə tədbirləri nəticəsində köməksiz vəziyyətdə qalmış vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb, suçəkmə işləri və digər təxirəsalınmaz tədbirlər görülüb.

Hal-hazırda yağış sularının çəkilməsi işləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO