Ermənistan parlamentinin keçmiş deputatı, iş adamı Arakel Movsisyan ("Şmays" kimi tanınır) axtarışa verilib.
Bizim.Media xəbər verir ki, bu barədə bazar ertəsi "Joxovurd" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, keçmiş deputatın maddi çətinliyi var və 10 min dollar borcunu ödəyə bilmir.
Banklardan biri onu iflas elan etmək üçün məhkəməyə verib. Məhkəmə keçmiş deputata bir neçə dəfə çağırış vərəqəsi göndərsə də bir nəticə əldə edilməyib. Movsisyanın harada olduğu məlum deyil. Bundan sonra məhkəmə onu axtarışa verib.
Qeyd edək ki, 2018-ci ilin iyununda məxməri inqilabdan bir müddət sonra Movsisyanın evində qanunsuz silah saxlamaq ittihamı ilə axtarış aparılıb.
Həmin vaxt keçmiş deputat silahını Qarabağ müharibəsindən bəri evində qaldığını bildirərək təhvil verib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:53 / 05.07.2021
Ermənistan parlamentinin keçmiş deputatı axtarışa verildi – SƏBƏB
Hazırda oxunan: Ermənistan parlamentinin keçmiş deputatı axtarışa verildi – SƏBƏB
Hazırda oxunan: Ermənistan parlamentinin keçmiş deputatı axtarışa verildi – SƏBƏB
27451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.