Ermənistanda müxalifətçi belə güllələndi - ANBAAN VİDEO

Ermənistanda müxalifətçi belə güllələndi - ANBAAN VİDEO

Hazırda oxunan: Ermənistanda müxalifətçi belə güllələndi - ANBAAN VİDEO

272210

Xəbər verdiyimiz kimi, Ermənistanın Armavir vilayətində yerləşən Parakar icmasının rəhbəri Volodiya Qriqoryan silahlı hücum nəticəsində öldürülüb.

Bizim.Media xəbər verir ki, hadisə ötən gecə baş verib və bu, Ermənistanda böyük rezonans doğurub.

Qriqoryanla birlikdə Ararat vilayətinin kriminal polis idarəsinin zabiti Karen Abramyan da qətlə yetirilib. Daha bir nəfər isə yaralanıb.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib ki, sentyabrın 23-də saat 23:50 radələrində polisə Merdzavan icmasında, İrəvan şossesində atəş səsləri eşidilməsi barədə siqnal daxil olub.
 

Hadisə yerinə daxili işlər naziri başda olmaqla polis əməliyyat qrupları cəlb olunub. Məlum olub ki, iki nəfər həlak olub. Parakar icmasının rəhbəri Volodya Qriqoryan və Ararat vilayətinin kriminal polis əməkdaşı Karen Abramyan. Bir nəfər – Artsrun Qalstyan isə yaralanıb və xəstəxanaya çatdırılıb. Onun həyatına təhlükə yoxdur.


Məlumat verilib ki, yaralı polis əməkdaşı deyil. Qətlə yetirilən polis əməkdaşı isə icma rəhbəri ilə dostluq münasibətində olub və hadisə zamanı xidmətdə olmayıb. Hazırda ərazidə 100-ə yaxın polis əməkdaşı çalışır. Onlar hadisənin bütün şəraitini araşdırır, istintaq və əməliyyat tədbirləri aparır.

Jurnalistlərin sualına cavab olaraq, Narek Sarkisyan bildirib ki, müşahidə kameralarının görüntüləri deşifrə olunur, ölkəyə giriş-çıxışlar yoxlanılır və xüsusi əraziyə aparılmış avtomobillər müəyyən edilib.

Şübhəlilərlə bağlı ilkin məlumata görə, maskalı və əlcəkli bir nəfər burada dayanan üç nəfərə yaxınlaşıb və atəş açıb. Nəticədə iki nəfər ölüb, biri isə yaralanıb.

Qisas ehtimalı da daxil olmaqla müxtəlif versiyaların araşdırıldığını qeyd edən Sarkisyan bildirib ki, istintaq bütün istiqamətlərdə aparılır:

“Əgər məlum olsa ki, hansısa məsul şəxslərin buraxdığı səhvlər nəticəsində bu hadisə baş verib və onu qabaqlamaq mümkün imişsə, həmin şəxslər mütləq məsuliyyət daşıyacaqlar”.
 

Onun sözlərinə görə, hazırda qətlə yetirilənlərin ailə üzvlərinin təhlükəsizliyi tam təmin olunub. Polis bölgədə əlavə postlar qurub ki, hadisələrin davam etməsi ehtimalı aradan qaldırılsın.


Həmin hadisənin anbaan görüntülərini sizə təqdim edirik:





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO