Qarabağ separatçılarının “nümayəndəsi"nin meyiti tualetdə TAPILDI – SENSASİON DETALLAR - FOTO

Qarabağ separatçılarının “nümayəndəsi"nin meyiti tualetdə TAPILDI – SENSASİON DETALLAR - FOTO

Hazırda oxunan: Qarabağ separatçılarının “nümayəndəsi"nin meyiti tualetdə TAPILDI – SENSASİON DETALLAR - FOTO

272147

Xəbər verdiyimiz kimi, gömrükdən yayınma ittihamı ilə (50 milyon dollar) haqqında Rusiyada cinayət işi açılan Qarabağ separatçılarının “xüsusi nümayəndəsi”, “Rosreyestr” və “Rosimuşestvo” regional idarələrinin keçmiş əməkdaşı Boris Avaqyan Kronştaдt Məhkəməsinin binasından qaçdıqdan sonra Sankt-Peterburqdakı Ermənistan konsulluğuna sığınıb.

Bizim.Media Telegram kanallarına istinadən xəbər verir ki, o, konsulluqda intihar edib.
 

Belə ki, Avaqyan konsulluğun tualetində gizlənib  və çıxmayıb. Hadisə yerinə təcili yardım və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb. Tualet açıldıqda orada Avaqyanın meyiti aşkar edilib. Hadisə ilə bağlı istintaq aparılır.


Məlumatlar Rusiyanın rəsmi KİV-ləri tərəfindən təsdiqlənib.

Xatırladaq ki, Avaqyan və daha bir neçə nəfərə qarşı cinayət işi 2024-cü ilin aprelindən məhkəmədədir. Ümumilikdə 21 nəfər təqsirləndirilir.

Yeri gəlmişkən, Avaqyan Ermənistanda qondarma “Dağlıq Qarabağ prezidentinin xüsusi nümayəndəsi” və “Qarabağ Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin direktor müavini” vəzifələrində çalışıb. 

Sonuncu vəzifədə o, 2021-ci ilin aprelinə qədər işləyib.

Qeyd edək ki, 22 avqustda Avaqyan Rusiya Müdafiə Nazirliyi ilə «Xüsusi Hərbi Əməliyyat»da (СВО) iştirak etmək üçün müqavilə bağlayıb. Onunla bağlı cinayət işi yenidən açılıb, çünki o, müqavilənin şərtlərini yerinə yetirməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO