Araik Aratunyan: “1500 erməni hərbçisi bir neçə azərbaycanlı əsgərin qarşısından qaçdı” - VİDEO

Araik Aratunyan: “1500 erməni hərbçisi bir neçə azərbaycanlı əsgərin qarşısından qaçdı” - VİDEO

Hazırda oxunan: Araik Aratunyan: “1500 erməni hərbçisi bir neçə azərbaycanlı əsgərin qarşısından qaçdı” - VİDEO

2712

“Biz bu sənədi imzaladıq, çünki bir neçə min hərbçi mühasirəyə düşə bilərdi, Xankəndini qorumaq üçün artıq heç kim yox idi”.

Bizim.Media “Sputnik Armenia”nın məlumatına istinadən bildirir ki, bu sözləri Qarabağdan qovulmuş separatçı rejiminin başçısı Araik Arutunyan “Facebook” hesabında canlı yayım zamanı deyib.

“Bu gün satqınları tapmağa çalışan siyasətçilər qoy öz övladlarının, qohumlarının döyüşlərdə iştirakı ilə bağlı məlumatları açıqlasınlar. Selfi çəkərək, hər kəsi aldatdılar, guya cəbhədə olduqlarını göstərdilər. Ancaq əslində orada deyildilər”, - deyə Araik Aratunyan bildirib.

O, qeyd edib ki, oktyabrın 3-də “çağırış edib, yalvarıb ki, cəbhəyə yollanmaq lazımdır, canlı qüvvə çatmır”, lakin tək qalıb.

“Hadrutdan 1500 erməni hərbçisi bir neçə kəşfiyyat-diversiya qrupunun qarşısından qaçdı. Geri dönməyə və döyüşməyə razı salmağa çalışdım. Satqınlar Qarabağdan qaçan, cəbhəyə getməmək üçün Yerevanda gizlənən həmin kişilərdir”, - deyə A.Aratunyan bildirib.

O, həmçinin keçmiş, o cümlədən Şuşadakı müraciətlərindən hissələri təqdim edib və qeyd edib ki, bunlar satqınları və “torpaqları satanları” axtarmamaq üçün edilib.

İlk epizod azərbaycanlıların Talışı aldığı və Suqovuşana qədər gəlib çıxdığı zaman oktyabrın 3-də çəkilib.

Onun sözlərinə görə, həmin vaxt hərbçilərin bir hissəsi təşviş içində geri çəkilib və arxa cəbhəni təmin etmək üçün resurslar çatışmayıb. Bəzi qeyri-nizami birləşmələr ön xətt mövqelərini tutmaqdan imtina ediblər.

“Mən dedim ki, öndə gedəcəyəm, onlar isə imtina etdilər”, - deyə A.Aratunyan qeyd edib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO