Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi avqustun 30-da baş tutan Çin və Yaponiyaya səfərləri zamanı ilk dəfə Azərbaycanın hava məkanından istifadə edib.
Bizim.Media erməni mətbutına istinadən xəbər verir ki, bu barədə Paşinyan ofisinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
“Ermənistan baş nazirinin təyyarəsi avqustun 30-da Azərbaycanın hava məkanı vasitəsilə xarici səfərə çıxıb və sentyabrın 6-na keçən gecə Ermənistana qayıdıb.
2018-ci il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra müvafiq orqanlar Ermənistan baş nazirinin təyyarəsi üçün Azərbaycandan hava keçidi istəyib və müsbət cavab alıb”, - Baqdasaryan qeyd edib.
O bildirib ki, İrəvan bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəminin irəliləməsi istiqamətində atılmış praktiki addım kimi qiymətləndirir.
Bizim.Media