“Ermənistanın taleyi Nikolu maraqlandırmır” - Artak Zakaryan 

“Ermənistanın taleyi Nikolu maraqlandırmır” - Artak Zakaryan 

Hazırda oxunan: “Ermənistanın taleyi Nikolu maraqlandırmır” - Artak Zakaryan 

26810

Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan Facebook səhifəsində Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan haqda paylaşım edib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “panorama.am” saytında yer alıb. 

“Təslimçi (kapitulyant) Nikol kommunikasiyaların blokadadan çıxarılmasına dair sənədə imza atacağını söyləyərək bunun 100% Ermənistanın maraqlarına cavab verən bir sənəd olduğunu israr etdi.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan müqaviləyə imza atacaq – ERMƏNİ MEDİASI 


Türkiyə və Azərbaycan 43 kilometr uzunluğundakı Zəngəzur dəhlizinin açılmasına çalışırlar. Bunu 15 iyunda, Şuşa şəhərində imzalanan yeni Türkiyə-Azərbaycan hərbi-siyasi bəyannaməsində sübut etdilər. 

Regional kommunikasiyaların tələm-tələsik blokadadan çıxarılması, Zəngəzur mahalından (Sünik vilayəti) dəhlizin açılması şübhəsiz ki, İran və Rusiya üçün ciddi narahatlığa səbəb olan regional siyasətə təsir göstərəcək. 

Türkiyə regional məsələlərin “altılıq platforması” ilə (Rusiya, İran, Gürcüstan, Azərbaycan, Ermənistan, Türkiyə) həll edilməsini təklif edir.

Bu isə o deməkdir ki, yaxın gələcəkdə regional kommunikasiya üçün gərgin bir mübarizə başlayacaq. Və Türkiyə Zəngəzur dəhlizinə nəzarət etmək üçün hər şeyi edəcək, hətta yeni “hərbi macəralar” da istisna edilmir. 
 

Nikol bunu çox yaxşı başa düşür və Ermənistanın taleyi ilə maraqlanmadığını dəfələrlə sübut edib. Buradan türklərin və azərbaycanlıların təslimçinin yenidən seçilməsinə görə nə üçün sevindikləri barədə nəticə çıxarmaq olar. 


Görünür, Ermənistan vətəndaşlarının 20-25 faizi Türkiyə və Azərbaycanın bölgədəki təsirini gücləndirməyə səs verib. Bu barədə dəfələrlə danışmışıq, amma... Beləliklə, Türkiyə və Azərbaycanın Nikol ilə “gələcəyi var." 

Bizim.Media
 

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO