Polis Ermənistanın müxalifət partiyası liderinin evinə basqın etdi

Polis Ermənistanın müxalifət partiyası liderinin evinə basqın etdi

Hazırda oxunan: Polis Ermənistanın müxalifət partiyası liderinin evinə basqın etdi

2657

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Vətən partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın valideynlərinin evində axtarış aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə partiyanın üzvü Sos Akobyan bildirib.

Akobyanın sözlərinə görə  Vanetsiyana qarşı həyata keçirilən siyasi təqib çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları onun valideynlərinin evinə basqın edib.

“Bu, uğursuzluğa məhkum olan hakimiyyətin Vətən partiyasını siyasi cəhətdən boğmaq cəhdidir. Lakin, hakimiyyətin heç bir qanunsuzluğu mübarizəmizi dayandırmayacaq", Akobyan vurğulayıb.

Xatırladaq ki, Vanetsyan 12 noyabrda həbs edilib, bir gün sonra isə sərbəst buraxılıb. Lakin ona qarşı təqiblər davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO