Rusiyanın Ermənistandakı “Rossotrudniçestvo” təşkilatı Qarabağdan könüllü şəkildə çıxmış ermənilərin şəxsi məlumatlarını toplayır.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan hökumətindəki mənbələr deyiblər.
Qeyd edilib ki, həmin şəxslərdən pasport, doğum şəhadətnaməsi və digər rəsmi sənədlərin skan edilmiş surətləri tələb olunur.
Məlumata görə, bu proses “humanitar yardım göstərmək” bəhanəsi ilə həyata keçirilir.
Bu məlumatlar fonunda bir çox müşahidəçi Kremlin daha dərin və siyasi məqsədlər güddüyünü düşünür.
Bizim.Media