Ərdoğan və Putindən Qarabağ müzakirəsi

Ərdoğan və Putindən Qarabağ müzakirəsi

Hazırda oxunan: Ərdoğan və Putindən Qarabağ müzakirəsi

26155

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bizim.Media "Ria Novosti"yə istinadla xəbər verir ki, telefon danışığı zamanı Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə müsbət qiymət verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Putinlə Paşinyan arasında Qarabağ DANIŞIQLARI


Türkiyə Prezidenti Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün Rusiyanın səylərini dəstəklədiyini bildirib.

İqtisadi inkişaf və regionun nəqliyyat infrastrukturunun bərpası maraqları daxil olmaqla koordinasiyanı davam etdirməyə qarşılıqlı hazırlıq ifadə olunub.

Putin və Ərdoğan müxtəlif sahələrdə Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə uçuşları bərpa etmək qərarına, eləcə də, "Sputnik V" peyvəndinin tədarükünə başladığına görə Rusiya tərəfinə təşəkkür edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO