Paşinyanı canlı efirdə təhqir edən hərbçi tutuldu 

Paşinyanı canlı efirdə təhqir edən hərbçi tutuldu 

Hazırda oxunan: Paşinyanı canlı efirdə təhqir edən hərbçi tutuldu 

26090

2-ci Qarabağ Müharibəsində Azərbaycana qarşı döyüşən Artur Ayvazyan ("Rahib" ləqəbi ilə tanınır) həbs olunub. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb. 

O, xuliqanlıq maddəsi ilə ittiham olunub. İşin materiallarına görə, Ayvazyan canlı efirdə ölkənin hərbi-siyasi rəhbərliyini, baş naziri, seçkilər zamanı iqtidardakı partiyaya səs verən vətəndaşları təhqir edib. Həmçinin ciddi tədbir görməklə bu şəxsləri hədələyib. 

Qeyd edək ki, may ayının əvvəlində Ayvazyan dostları ilə birlikdə Tex kəndi yaxınlığındakı yolu bağlayıb və Zəngəzur mahalının (Sünik vilayəti) sərhədlərini qorumaq üçün silahlandırmalarını tələb edib.

Həmin vaxt polis 8 nəfərin hücumuna məruz qalıb, onların arasında Ayvazyan da olub. Lakin məhkəmə müstəntiqin onun haqda həbs tələbini təmin etməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO