Arayik Arutyunyan Qarabağda referendum keçirmək istəyir – Erməni mətbuatı

Arayik Arutyunyan Qarabağda referendum keçirmək istəyir – Erməni mətbuatı

Hazırda oxunan: Arayik Arutyunyan Qarabağda referendum keçirmək istəyir – Erməni mətbuatı

25806

Qarabağda qondarma rejimin “başçısı” Arayik Arutyunyan etimad referendumu keçirmək niyyətindədir.  

Bizim.Media xəbər verir ki, bunu o, Xankəndində keçiriləcək mitinqdə elan edəcək. 

News.am saytı yazır ki, Arutyunyan, çox güman ki, Ermənistandakı erkən parlament seçkilərində Nikol Paşinyanın nəticələrindən cəsarətlənib və Qarabağda müvəqqəti yaşayan ermənilərə referendum yolu ilə öz gücünün legitimliyini sübut etməyə qərar verib. 

Xatırladaq ki, dünən Xankəndindəki İntibah Meydanına toplaşan çox sayda erməni Arayik Arutyunyanın istefasını tələb edib. 

Bu gün axşam onun saat 18.00-da eyni meydanda referendumla bağlı mesaj verəcəyi gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO