Ermənistanda növbədənkənar katolikos seçkisi olacaq: Paşinyandan ANONS – FOTO

Ermənistanda növbədənkənar katolikos seçkisi olacaq: Paşinyandan ANONS – FOTO

Hazırda oxunan: Ermənistanda növbədənkənar katolikos seçkisi olacaq: Paşinyandan ANONS – FOTO

257901

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki paylaşımı ilə ölkə ictimaiyyətində yeni bir siyasi və dini diskussiyanın başlanmasına səbəb olub.

Bizim.Media xəbər verir ki, o, öz Facebook hesabında yazaraq “Fövqəladə seçkilər mütləq keçirilməlidir. Amma bu, bütün ermənilərin katolikosu seçkisi olmalıdır”, – deyə bəyan edib.

Bu açıqlama Ermənistanın dini rəhbəri, Eçmiədzin məbədi və Apostol Kilsəsinin başçısı olan Katolikos II Qareginə qarşı yönəlmiş ən sərt və açıq çağırışlardan biri kimi qiymətləndirilir.
 

Paşinyan artıq bir müddətdir ki, kilsə rəhbərliyini dövlət işlərinə müdaxilədə və siyasi dairələrlə gizli əməkdaşlıqda ittiham edir. Onun fikrincə, Ermənistan Apostol Kilsəsi, xüsusən də hazırkı katolikos, cəmiyyətin demokratik inkişafına mane olur və keçmiş hakimiyyətlərlə sıx əlaqədə qalmaqda davam edir.


Ekspertlər isə bildirirlər ki, Paşinyan bu bəyanatı həm daxili siyasi rəqiblərinə təzyiq vasitəsi, həm də xalqla kilsə arasındakı münasibətləri sarsıtmaq məqsədilə verib. Xüsusilə gənc nəslin kilsəyə olan münasibətindəki dəyişiklik və dinin siyasi nüfuzunun azalması fonunda bu cür çağırışlar cəmiyyətdə müəyyən dəstək də qazana bilər.

Deməki, Ermənistan hazırda siyasi səhnəsi yeni bir gərginliyin astanasındadır. Dini rəhbərliklə siyasi iqtidar arasında qarşıdurmanın hansı nəticələrə gətirib çıxaracağı hələlik məlum olmasa da, bu məsələnin yaxın günlərdə ölkə gündəmini ciddi şəkildə məşğul edəcəyi şübhəsizdir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO