Bülletenlər sayılanda Ermənistanın şimalı qaranlığa qərq oldu – SƏBƏB

Bülletenlər sayılanda Ermənistanın şimalı qaranlığa qərq oldu – SƏBƏB

Hazırda oxunan: Bülletenlər sayılanda Ermənistanın şimalı qaranlığa qərq oldu – SƏBƏB

25547

Ermənistanda son 1 saat ərzində bir sıra bölgələrə qərq olan qaranlıq "Ermənistanın Elektrik Şəbəkələri"nin işi ilə bağlı deyil, sistemli xarakter daşıyan məsələlərlə əlaqələndirilib.

Bizim.Media xəbər verir ki, bu fikirləri "Elektrik Enerjisi Sisteminin Operatoru" Dövlət Müəssisəsinin direktoru Mnatsakan Mnatsakanyan səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

MSK elektron səsvermənin nəticələrini çıxardı - Paşinyanın partiyası liderdir


O, qeyd edib ki, işıqların kəsilməsi Gürcüstanın enerji sistemində yaranan fövqəladə vəziyyətlə əlaqəlidir.

O, əlavə edib ki, iki qonşu ölkə bir-birinə elektrik enerjisində çatışmazlıq yaşadığı təqdirdə enerji mübadilə edir.

Bu gün isə belə hadisə baş verib: saat 21:40 radələrində Ermənistanın şimal rayonları (Şirak və Lori vilayətləri) Ermənistanın enerji sistemindən ayrılıb və "Alaverdi" yüksək gərginlikli elektrik ötürücü xətti ilə elektrik enerjisi almaq üçün müvəqqəti olaraq Gürcüstanla birləşdirilib.

Bu zaman xəttdə bir uğursuzluq baş verib və ərazilər təcili olaraq yenidən Ermənistan sisteminə qoşulub. Mnatsakanyan "Bu aralıqda kəsilmələr müşahidə edilib" deyib.

Qeyd etmək lazımdır ki, elektrik enerjisinin olmaması sosial şəbəkələrdə rezonans doğurub, çünki bu vaxt seçki məntəqələrində bülletenlər sayılırmış.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO