Ermənistan Solovyova görə Rusiyaya NOTA VERDİ

Ermənistan Solovyova görə Rusiyaya NOTA VERDİ

Hazırda oxunan: Ermənistan Solovyova görə Rusiyaya NOTA VERDİ

255430

Ermənistan hökuməti rusiyalı teleaparıcı Vladimir Solovyova görə Rusiyaya nota göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Solovyov yenə Azərbaycana qarşı hörmətsizlik etdi – VİDEO


Mirzoyan qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyi Rusiya ictimai xadimlərinin "təhrif olunmuş və qəbuledilməz qiymətləndirmələri" səbəbindən Rusiya tərəfinə nota göndərib.

Qeyd edək ki, Solovyov Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxaraq, bir neçə dəfə “Artsax” ifadəsini işlədib, Ermənistan hakimiyyətini “Artsaxı hədiyyə etməkdə” günahlandırıb, canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə “Artsaxın taleyi gözlədiyini” deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO