İlkin məlumatlara görə, 20 iyun tarixində saat 09:30 radələrində seçkilərdə iştirak edən Şirinyan-Babacanyan blokunun lideri Arman Babacanyanın Toyota avtomobilinin ön şüşəsinə hələ məlum olmayan odlu silahdan atəş atılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı Ermənistan Polisinin mətbuat xidmətinə istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda seçki məntəqəsinin önündə ATIŞMA
Mənbə bildirir ki, Mərkəzi Polis İdarəsi və Maraş şöbəsinin əməliyyat qrupları hadisə yerinə yola düşüb.
Hadisənin şərtlərini aydınlaşdırmaq üçün əməliyyat-axtarış tədbirləri görülür. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media