Rusiyada müsəlmanları təhqir edən erməniəsilli bloqer və iş adamı Areq Şepixinə qarşı iki cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, linqvistik ekspertizanın nəticəsi olaraq A.Şepixinə qarşı cinayət işinin başlanması üçün əsaslar aşkar edilib.
Erməni bloqerə qarşı Rusiya Cinayət Məcəlləsinin "Nifrət və ya düşmənçiliyin salınması" və "Ekstremist fəaliyyətə ictimai çağırış" maddəsi ilə istintaq işi başladılıb.
Qeyd olunur ki, hazırda A.Şepixinin Moskvada dindirilməsi həyata keçirilir.
Bizim.Media