Erməni şirkəti Azərbaycan xalçalarından 600 milyon dollar qazanıb

Erməni şirkəti Azərbaycan xalçalarından 600 milyon dollar qazanıb

Hazırda oxunan: Erməni şirkəti Azərbaycan xalçalarından 600 milyon dollar qazanıb

2532

Rusiyada qeydiyyatdan keçən “Karabakh Caret” firması 2013-2014-cü illərdə Azərbaycan xalçalarının satışından 600 milyon dollar gəlir əldə edib.

Bu haqda elə Rusiyanın jurnalı olan “Sekret Firma” yazıb.

Yazının müəllifi Viktor Feşenko qeyd edir ki, Seva Xaçaturyana məxsus firma dünyanın bir çox ölkələrində Qarabağın qədim incilərinin, xalçalarının satışı ilə məşğuldur.

Qarabağ xalçalarının əsas alıcıları Rusiya, Amerika və Avropa ölkələrindən olan müştərilərdir.

Daha sonra müəllif qeyd edir ki, Xaçaturyan təkcə 2013-cü ildə Xocavənd rayonunun Çartar kəndindən, eləcə də Şuşa və Laçın şəhərlərindən əldə etdiyi 300 xalçanın xarici erməni diasporlarının təşkilatçılığı ilə sataraq 270 milyon ABŞ dolları gəlir əldə edib.

“Sekret Firma” yazır ki, şirkət Qarabağa aid minlərlə digər antikvar əşyaların da satışını həyata keçirib.

Xatırladaq ki, 1992-ci ildən etibarən Azərbaycanın işğala məruz qalan 23 muzey və 4 şəkil qalereyasında qalan 100 mindən çox eksponatı ermənilər qənimət kimi ələ keçirilib.

Torpaqlarımız erməni işğalından azad olunduqdan sonra bu istiqamətdə də araşdırmalara başlanılıb. Qədim muzey eksponatlarının axtarışı ilə bağlı layihə hazırlanır.

Ağanisə Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO