Ermənistan yenidən Moskvanın təsir dairəsinə qayıdır - VİDEO

Ermənistan yenidən Moskvanın təsir dairəsinə qayıdır - VİDEO

Hazırda oxunan: Ermənistan yenidən Moskvanın təsir dairəsinə qayıdır - VİDEO

250486

Xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın Rusiya ilə bütün sahələrdə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, İrəvanda şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı danışıb.
 

"Artıq iki ölkənin Xarici İşlər Nazirlikləri arasında yeni ikiillik siyasi məsləhətləşmələr proqramının hazırlanması başa çatıb və ümid edirəm ki, bu gün onu imzalayacağıq”, deyə Mirzoyan əlavə edib.


O, rusiyalı həmkarı ilə geniş tərkibdə keçirilən görüşü səmərəli adlandıraraq, bu formatda aparılan müzakirələrin də yaxşı nəticələr verəcəyinə ümid etdiyini bildirib.

Lavrov isə öz növbəsində qeyd edib ki, Rusiya Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin olunmasına hər cür dəstək göstərməyə hazırdır:

“Təhlükəsizlik sahəsi iki ölkə arasındakı müttəfiqliyin ən vacib istiqamətlərindən biri olaraq qalır”

O, həmçinin vurğulayıb ki, Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşmasında maraqlıdır.

Xatırladaq ki, Ermənistan son illərdə Qərbə canfəşanlıqla yaxınlaşmağa, Avropa İttifaqı və ABŞ ilə münasibətləri gücləndirməyə çalışırdı. Paşinyan hökuməti Rusiya ilə əlaqələrə müəyyən məsafə qoymaq və eyni zamanda Qərb platformalarında yer almaq niyyətində idi. Lakin görünən odur ki, Cənubi Qafqazdakı mürəkkəb vəziyyət və təhlükəsizlik narahatlıqları fonunda Ermənistan yenidən Rusiya ilə sıx inteqrasiyaya yönəlir. Bu isə ölkənin iki cəbhədə – həm Moskva, həm də Qərb ilə eyni vaxtda oynamaq siyasətinin çətinliyini bir daha üzə çıxarır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO