Zəngəzur ərazisində yaşayan ermənilərin mobil telefonlarının Azərbaycana məxsus “Azercell” mobil rabitə şirkətinin ötürücülərindən gələn siqnallara qoşulması xalq arasında narahatlığa səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə "daronass6666" adlı erməni sosial media fəalı öz tvitter hesabından etdiyi paylaşımda məlumat verib.
Tvitdə “Təsdiqləndi, artıq Azərbaycanın Azercell şirkətinə məxus servis qüllələri Zəngəzur mahalının (Sünik vilayəti) Kilsəkənd (Sraşen) ərazisinin şərqində fəaliyyət göstərir.
Mən sözügedən servisdən 4 il əvvəl Əskəranın şərqində (“Artsax”ın kənar bölgəsində) də istifadə etmişdim”,- deyə qeyd olunub.
Sözügedən hesabdan paylaşılan fotoda isə məlumatın həqiqətə uyğun olduğu açıq-aşkar sübut olunub:
“Azərbaycana xoş gəlmisiniz! Sizin mobil servisiniz sizə 2G xidmətindən əlavə ödəniş etmədən limitsiz istifadə imkanı verir.”
“Azercell” şirkətindən göndərilən mesajda isə “Bizi seçdiyiniz üçün təşəkkür edirik. Əgər Azərbaycanda 15 gündən daha artıq qalmaq istəyirsinizsə, 15 gün müddətində miqrasiya xidmətində qeydiyyatdan keçməyi unutmayın” yazısı əks olunub.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Region
21:05 / 13.06.2021
Erməniləri qorxuya salan “Azərbaycana xoş gəlmisiniz!” mesajı - FOTO
Hazırda oxunan: Erməniləri qorxuya salan “Azərbaycana xoş gəlmisiniz!” mesajı - FOTO
Hazırda oxunan: Erməniləri qorxuya salan “Azərbaycana xoş gəlmisiniz!” mesajı - FOTO
24666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.