İranın Şəhid Rəcai limanında baş verən partlayışın ilkin səbəbi açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” nəşri SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) bağlı mənbəyə istinadən yazıb.
Qeyd edilib ki, partlayışa raket yanacağında istifadə edilən natrium perklorat səbəb olub.
Xatırladaq ki, şənbə günü səhər Fars körfəzi sahilində, Bəndər Abbas şəhəri yaxınlığında yerləşən Şəhid Rəcai limanında güclü partlayış baş verib. Son məlumatlara görə, 18 nəfər həlak olub, 800-dən çox insan yaralanıb.
Bizim.Media