Türkiyədə ukraynalı model pəncərədən düşərək öldü

Türkiyədə ukraynalı model pəncərədən düşərək öldü

Hazırda oxunan: Türkiyədə ukraynalı model pəncərədən düşərək öldü

24623

Ukraynalı model Angelika Srabyants 11 iyun tarixində Türkiyədə sevgilisi ilə mübahisədən sonra pəncərədən yıxılaraq ölüb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Strana.ua" internet nəşri Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynalı müğənni Türkiyədən elə VİDEO paylaşdı ki...


Nəşr yazır ki, həmin axşam cütlük restoranda nahar ediblər, sonra taksidə mübahisə ediblər.

Gəncin dediyinə görə, mübahisə mənzildə də davam edib. Qız balkona çıxıb, oğlan onu tutmağa çalışıb, ancaq tuta bilməyib, nəticədə qız yıxılıb.

Eyni zamanda, gənc düşmə anını özündə əks etdirən qısa bir video çəkməyi də bacarıb.

"Sual budur ki, niyə qızı xilas etmək əvəzinə o, video çəkib. Yaşadıqları evdə narkotik maddə tapılıb. Oğlan qəsdən adam öldürmək şübhəsiylə saxlanılıb”. Mənbə belə qeyd edib.

Qızın xəstəxanaya aparılarkən təcili tibbi yardım maşınında öldüyü aydınlaşıb. Srabyants Sumı Bankçılıq Akademiyasının məzunu olub və Türkiyədə model kimi çalışıb. Çox səyahət etməyi xoşlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO