Ermənistan İngiltərəni özünə düşmən elan etdi

Ermənistan İngiltərəni özünə düşmən elan etdi

Hazırda oxunan: Ermənistan İngiltərəni özünə düşmən elan etdi

2435

Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan 5 noyabrda parlamentdə jurnalistlərlə söhbəti zamanı Birləşmiş Millətlər Təşkilatının fəaliyyətindən bəhs edib.

Onun sözlərinə görə, BMT Dağlıq Qarabağ münaqişəsinə birbaşa müdaxilə səlahiyyətinə malik tək təşkilatdır.

BMT-nin münaqişənin dayandırılması istiqamətində iqtisadi sanksiyalar və hətta hərbi müdaxilə imkanına da malik olduğunu qeyd edən Köçəryan, bunun üçün Təhlükəsizlik Şurasının qərarına ehtiyac olduğunu da qeyd edib.

Şvarş Köçəryan Ermənistan tərəfinin yaxın vaxtlarda BMT-də bu barədə qərar qəbul edilməsinə çox yaxın olduğunu da qeyd edib.

Lakin BMT Təhlükəsizlik Şurasının qapalı iclasında şuranın daimi üzvlərindən olan bir dövlətin vetosu ilə qərarın qəbul edilmədiyini əlavə edib.

Köçəryan veto hüququndan istifadə edən dövlətin isə adını çəkməyib.

Lakin dünən yerevan.today saytında yer alanan məqalədə Ermənistan maraqlarını baltalayan dövlətin hansı olduğuna yer verilib. Qəzet Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya, ABŞ və Fransanın ilk gündən etibarən münaqişənin həllində maraqlı olduqlarını qeyd edib. 

Hətta bu ölkələrin vasitəçiliyi ilə münaqişə tərəfləri arasında 3 atəşkəs razılaşması da əldə olunub. Digər daimi üzv ölkə olan Çin isə ilk gündən öz bitərəfliyi ilə seçilib.

Qəzetin fikrincə, geriyə yalnız bir ölkə Azərbaycanın güclü əlaqələrə malik olan İngiltərə qalır.

Təhlükəsizlik Şurasının qapalı iclasında Ermənistan lehinə qərarın çıxarılmasına da məhz İngiltərə veto qoyub.

Məqalədə Azərbaycan və İngiltərə arasındakı iqtisadi əməkdaşlığa da yer verilib. İngilis şirkətlərinin Azərbaycanda 27 milyard dollarlıq sərmayəsinin olduğunu qeyd edən qəzet, 19 oktybarda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gary Consun Azərbaycanın Baş naziri Əli Əsədova ünvanladığı məktuba da toxunub.

Xatırladaq ki, Gary Cons məktubunda Gəncə və Azərbaycanın digər şəhər və kəndlərini atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olması xəbərindən dərin kədərləndiyini vurğulamış və qurbanların ailələrinə dərin hüznlə başsağlığı vermişdi. Azərbaycan xalqa isə ərazi bütövlüyünün təmin olunması uğurunda apardığı mübarizədə uğurlar arzulamışdı.

500-dən çox ingilis şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini qeyd edilən məqalədə, xüsusilə neft-qaz sahəsində Azərbaycan və İngiltərə arasında ciddi əlaqələrə də toxunulub.

İngilis kəşfiyyat xidmətinin yeni təyin olunan rəhbəri Riçard Murun Türkiyə ilə yaxşı əlaqələrə malik olduğuna diqqət çəkilib.

Görünən odur ki, cəbhədə olduğu kimi, diplomatik sahədə də böhran yaşayan Ermənistan öz uğursuzluqları üçün günahkar axtarmağa davam edir.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO