Əgər döyüşlər davam etsəydi, Ermənistanın tam çöküşü baş verəcəkdi.
Bizim.Media erməni KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan "Facebook"da canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, tam iflasın qarşısını almaq üçün Rusiya və Azərbaycan prezidentləri ilə razılaşma imzalandı və hərbi rəhbərlik də bunu dəstəklədi.
“Xankəndi müdafiəsiz qaldı, döyüş əməliyyatları davam etsəydi, Xankəndi, Xocavənd və Əsgəranın itirilmə ehtimalı var idi".
"Bundan sonra yeddinci xəttədək müdafiə xətlərimiz mühasirəyə alına və minlərlə əsgər mühasirədə qala, həlak ola bilərdi. Nəticədə tam çökmə olacaqdı. Bu qiymətləndirməyə əsasən belə qərar qəbul edildi".
Bizim.Media
- A-
- A
- A+
Region
12:36 / 11.11.2020
Paşinyan: «Minlərlə əsgər həlak olacaqdı»
Hazırda oxunan: Paşinyan: «Minlərlə əsgər həlak olacaqdı»
Hazırda oxunan: Paşinyan: «Minlərlə əsgər həlak olacaqdı»
2430
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.