Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bacısı öldü

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bacısı öldü

Hazırda oxunan: Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bacısı öldü

24284

Rusiyalı siyasətçi, Dövlət Dumasının tənzimləmə və işin təşkili komitəsinin sədr müavini, Rusiya Federasiyası müdafiə naziri Sergey Şoyqunun bacısı Larisa Şoyqu 68 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Dövlət Dumasındakı "Vahid Rusiya" fraksiyasının rəhbəri Sergey Neverov yayıb.

Larisa Şoyqu 21 yanvar 1953-cü ildə anadan olub. 1977-ci ildə Tomsk Tibb İnstitutunu bitirib, sadə həkimdən baş həkimin müalicə işləri üzrə müavininə qədər yüksəlib.

Tuva Respublikası Səhiyyə nazirinin birinci müavini vəzifəsində də çalışıb və 1998-ci ildə Moskvaya köçüb. İlk dəfə 2007-ci ildə Dövlət Dumasına seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO