Erməni partiya sədri: “Millətə xəyanət edən asılmalıdır”

Erməni partiya sədri: “Millətə xəyanət edən asılmalıdır”

Hazırda oxunan: Erməni partiya sədri: “Millətə xəyanət edən asılmalıdır”

2423

“Razılaşmanın necə izah ediləcəyini, xalq qarşısında necə hesabat veriləcəyini anlaya bilmirəm. Bu xəyanətdir, başqa cür ola bilməz".

Bizim.Media xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan deyib.

“Tariximizin ən biabırçı günlərindən birini yaşayırıq".

"30 il ərzində qazanılan uğurdan, bu qədər tökülən qandan sonra heç kimə məlumat vermədən və müzakirə etmədən məlum sənəd imzalanıb xalqa təhvil verilir".

"Hamımız xatırlayırıq ki, 2 il əvvəl deyirdilər hər hansı bir məsələ xalqla meydanda ümumi müzakirə olunmalı, məlumatlandırılmalıdır. Heç kim bir qarış torpaq verə bilməz, bu millətə xəyanətdir, həmin şəxs meydanda asılmalıdır”.

O bildirib ki,  müharibə 27 sentyabrda başladı və ayın 28, 29-da dayandırıla biləcəyi halda Şuşanı təhvil verərək sənəd imzalandı. Bu razılaşmanın necə izah ediləcəyini, xalq qarşısında necə hesabat veriləcəyini anlaya bilmirəm:

“Bu xəyanətdir, başqa cür ola bilməz".

"Şuşa təhvil verildikdən sonra gizli şəkildə sənədə imza atdılar, bununla bağlı xalqa, bütün erməni millətinə, ölənlərə, itkin düşənlərə, yaralananlara, evsiz qalan insanlara, Qarabağdan Ermənistana gələn 100 min erməniyə görə necə cavab verəcəklər?”-deyə partiya sədri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO