Rusiya beynəlxalq münaqişələrin həllinə bundan sonra da aktiv şəkildə kömək edəcək.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Lavrov: “Qarabağda türk tərəfdaşlarımızla birgə çalışırıq”
Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağda qan tökülməsini dayandırandan sonra dinc həyatın bərpa olunmasına kömək edir:
“Əfqanıstanda, Liviyada, İran ətrafında, Koreya yarımadasında və digər qaynar nöqtələrdəki nizamlanmalarla bağlı beynəlxalq səylərə aktiv kömək edirik. Mən bunu nailiyyətlərimizə diqqəti çəkmək üçün demirəm. Biz hər zaman ehtiyacı olanlara kömək etməyə hazırıq. Bu, bizim missiyamızdır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Bizim.Media