Paşinyan müharibədəki məğlubiyyətə görə Allahı qınadı: “Bizdən üz çevirdi”

Paşinyan müharibədəki məğlubiyyətə görə Allahı qınadı: “Bizdən üz çevirdi”

Hazırda oxunan: Paşinyan müharibədəki məğlubiyyətə görə Allahı qınadı: “Bizdən üz çevirdi”

24017

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Araqaçavan icmasının seçiciləri ilə görüşündə müharibədə məğlub olmağın mümkün səbəblərindən danışaraq olduqca qeyri-adi bir açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

"Bizim üçün ən böyük, ən çətin sual budur ki, 2020-ci ildə niyə belə bir uğursuzluqla üzləşdik. Bunun müxtəlif səbəbləri ola bilər: hərbi, siyasi, geosiyasi, iqtisadi. Bu gün ağlıma belə bir fikir gəlib və onu sizinlə bölüşəcəyəm. Düşünürəm ki, bəlkə Allah 12-ci məzmurda deyildiyi kimi bizdən üz çevirib”, deyə Paşinyan qeyd edib.

O, zəburdan bir parça sitat gətirib: "Nə vaxta qədər Rəbbim, məni tamamilə unudacaqsan, nə vaxta qədər üzünü məndən gizlədəcəksən?".

Paşinyan çıxışı zamanı sakinlərə "cənnətdə yaşayırıq" deyərək yeni xəbər çatdırıb:

“Bu ideya ölkənin müxtəlif bölgələrini ziyarət edən zaman ortaya çıxır. Ancaq bu günə qədər insanlar bu cənnətdən zövq ala bilməyiblər. Biz Edemdə, cənnət bağında yaşayırıq, ancaq onun əksər yeri tam işlək vəziyyətə gətirilməyib”.

Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Seçki kampaniyası rəsmi olaraq 7 iyunda başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO