Gorus şəhər merinin ETİRAFI: “Azərbaycanla sərhəddə vəziyyət yaxşı deyil”

Gorus şəhər merinin ETİRAFI: “Azərbaycanla sərhəddə vəziyyət yaxşı deyil”

Hazırda oxunan: Gorus şəhər merinin ETİRAFI: “Azərbaycanla sərhəddə vəziyyət yaxşı deyil”

23991

Bu anda Azərbaycanla sərhəddəki vəziyyət eynidir, müsbət dəyişiklik yoxdur, düşmən əvvəllər irəlilədiyi yerlərdə dayanıb.

Bizim.Media xəbər verir ki, bu fikirləri Gorus şəhərinin meri, “Ermənistan” blokundan deputatlığa namizəd Aruş Aruşanyan 8 iyun tarixində Gorus şəhərində təşkil edilən seçkiqabağı təşviqat zamanı “news.am” saytına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan çantası ilə birgə gedənədək Ermənistanda seçki bitməyəcək. Aruşanyan o vaxtadək heç bir müsbət dəyişikliyin olmayacağını deyib.

“Əminəm ki, “Ermənistan” bloku xalqdan yüksək etimad alacaq, çünki bu müddət ərzində çox iş görmüşük. Təbii ki, insanlar bizə etibar edirlər, buna görə də yüksək performans göstərəcəyik. İnsanlar Ermənistanın ikinci prezidenti Robert Köçəryanın islahatlarını gördülər. İş adamları deyirlər ki, əldə etdikləri hər şey Köçəryanın dövründə olub”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO