“Baş vermiş hadisə açıqdan-açığa azərbaycanlılara qarşı qərəz, vəhşi münasibət göstəricisidir”.
Bizim.Media xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyası Rusiyanın Novosibirsk şəhərində yol polisi müfəttişi Aleksandr Qosev tərəfindən soydaşımız Vəkil Abdullayevin güllələnərək öldürülməsinə etiraz edib.
VHP-nin bəyanatında həmçinin cinayəti törədən polis əməkdaşının həbs olunsa da, bir neçə gün sonra azadlığa buraxılmasını pisləyib.
MÖVZU İLƏ BAĞLI:
ŞOK: Rusiyada başından gülllələnən azərbaycanlının 2 dostu tutuldu
“Ardınca xüsusi təyinatlı polislər hadisə yerində olan iki azərbaycanlı gəncin yaşadığı ünvanlara basqın edərək, onları kobudluqla həbs ediblər. Hadisənin videogörüntülərindən də aydın olur ki, polisin atəş açmağına heç bir zərurət yox idi.
Qatil polisin Rusiya prezidentinin qrup yoldaşı olan İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin göstərişi ilə azad edilməsi xüsusi diqqət çəkir.
Soydaşlarımıza qarşı məhz azərbaycanlı olduqlarına görə Rusiya polisinin, eləcə də digər qurumların qeyri-insani, hüquqdan kənar davranışı ilk hal deyil. Bütün bunlar Azərbaycan ictimaiyyətində ciddi etiraz yaradır”.
Vətəndaş Həmrəyliyi Partiyası hadisənin obyektiv araşdırılıb hüquqi qiymət verilməsini verilməsini tələb edir. Partiyanın mövqeyinə görə, Azərbaycanın hüquq mühafizə orqanları və Rusiyadakı səfirliyi Novosibirsk də baş verən cinayətin ədalətli araşdırılması üçün Rusiya tərəfi ilə danışıqlara başlamalı, Azərbaycan icması da bununla bağlı məlumatlandırılmalıdır.
Bizim.Media