Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin silahlı qüvvələrinin tövsiyəsindən sonra Qarabağa dair razılaşma imzalamağa qərar verdiyini bəyan edib.
Bizim.Media TASS-a istinadən məlumat verir ki, bu barədə Paşinyan sosial şəbəkə hesabında canlı yayımda deyib:
Paşinyanın deyib ki, ordu Qarabağa dair müqaviləni imzalamaqda israr edib, çünki resurslar tükənib:
"Ordu dayanmağın lazım olduğunu söylədi. Ona görə ki, problemlər var idi, amma onların həlli üçün heç bir perspektiv mövcud deyil və ya resurs tükənib”.
Paşinyan səfərbərliklə bağlı problemlərin mövcudluğunu, ölkənin döyüş əməliyyatları aparmağa hazır olmadığını etiraf edib. Ön cəbhədə döyüşənləri əvəz edənlər yox idi.
“Döyüşənlərin dincəlmə fürsəti olmalı idi. Cəbhə xəttində bir ay ərzində döyüşənləri əvəz edən yox idi. Ona görə də Ermənistan rəhbərliyi və tanınmamış “DQR” müharibəni ən qısa müddətdə bitirməyin lazım olduğu barədə qərar qəbul etdi. Əks halda bunun nəticələri daha pis olacaqdı”.
Bizim.Media
- A-
- A
- A+
Region
12:07 / 10.11.2020
Paşinyan: “Ermənistan ordusu müqaviləni imzalamağa israr edib”
Hazırda oxunan: Paşinyan: “Ermənistan ordusu müqaviləni imzalamağa israr edib”
Hazırda oxunan: Paşinyan: “Ermənistan ordusu müqaviləni imzalamağa israr edib”
2368
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.