Ermənistan parlamenti “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 63 deputat, əleyhinə isə 7 deputat səs verib.
Robert Koçaryanın fraksiyası isə səsvermədə iştirakdan imtina edib.
Qeyd edək ki, Ermənistan hökuməti müvafiq sənədi yanvarın 9-da təsdiqləyib. Bundan sonra isə Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiq edib.
Bizim.Media