Rusiyalı səfirdən erməniləri qorxuya salan AÇIQLAMA

Rusiyalı səfirdən erməniləri qorxuya salan AÇIQLAMA

Hazırda oxunan: Rusiyalı səfirdən erməniləri qorxuya salan AÇIQLAMA

234054

Cənubi Qafqazda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) alternativ olan və Ermənistanın təhlükəsizliyini təmin edən mexanizm yoxdur.

Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin RİA Novosti agentliyinə müsahibəsində bildirib.

"Diplomatın peşəsi çay yarpağı oxumaqdan ibarət deyil. Fikrimizcə, hazırda regionda Ermənistanın təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edəcək alternativ etibarlı mexanizm yoxdur.

Ümid edirik ki, İrəvan bunu yaxşı başa düşür və KTMT ilə problemlərin kompromis həlli müttəfiqlər arasında danışıqlar yolu ilə tapıla bilər. Lakin bu məsələlərdə də suveren seçim bizim erməni tərəfdaşlarımızdır", - Kopırkin bildirib.

Xatırladaq ki, 2024-cü ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də iştirakını dondurduğunu elan edib. Paşinyan həmçinin bəyan edib ki, Ermənistanın KTMT-yə qayıtması getdikcə çətinləşir, hətta onun sözlərinə görə, "geri dönüş nöqtəsi" bitib.

Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin bəyan edib ki, Qərb Ermənistan hakimiyyətini KTMT-dəki iştirakını dondurmağa sövq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO