Moskva görüşündə iştirak edən Rüstəm Muradov təcili İrəvana qayıdır - SƏBƏB

Moskva görüşündə iştirak edən Rüstəm Muradov təcili İrəvana qayıdır - SƏBƏB

Hazırda oxunan: Moskva görüşündə iştirak edən Rüstəm Muradov təcili İrəvana qayıdır - SƏBƏB

23357

Xəbər verdiyimiz kimi, dünən Rusiya paytaxtında Ermənistan və Azərbaycan nümayəndələri arasında sərhəd zonasında baş verən son hadisələr barədə danışıqlar keçirilib. Görüşdə Ermənistan Baş Qərargahı rəisinin müavini Arşak Karapetyan, Sərhəd Qoşunları Baş Qərargah rəisi Arman Qasparyan, Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov və Qarabağdakı sülhməramlı kontingentin komandiri Rüstəm Muradov iştirak ediblər.

Ermənilərin “Joqovurd” qəzeti görüşlə bağlı bəzi detalları açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “armeniasputnik.am” saytında yer alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bütün ermənilərin katolikosu II Qaregin Azərbaycanla sərhədə gəldi


Qəzet bildirib ki, Moskva danışıqlarının mərkəzində əsir götürülən altı erməni hərbçinin məsələsi durub. 

Mənbə görüşdə iştirak edən Rüstəm Muradovun bu gün İrəvana gələcəyini də qeyd edib.

“Erməni tərəfi tələb edib ki, 6 əsir dərhal geri qaytarılsın. Danışıqlardan sonra verilən qərar hələ dəqiqləşməyib. Sızan informasiyaya görə, müsbət nəticə əldə edilməyib”, deyə qəzet yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO