İtkin düşən erməni hərbçinin anası: “Uşaqlarımızı geri qaytarın”

İtkin düşən erməni hərbçinin anası: “Uşaqlarımızı geri qaytarın”

Hazırda oxunan: İtkin düşən erməni hərbçinin anası: “Uşaqlarımızı geri qaytarın”

23285

“Baş nazir ən istedadsız adamdır. Həyat yoldaşı ad gününü qeyd etməyə gedib, indi də özü yollanıb. Qoy uşaqlarımızı tapsın”.

Bizim.Media xəbər verir ki, bu sözləri itkin düşən erməni hərbçinin anası Alla iyunun 2-də Rusiyanın Ermənistandakı səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı bildirib.

“Rəhbərliyimiz kreslo uğrunda mübarizə aparır, yalnız öz cibi üçün çalışırlar. Yeganə ümidimiz Tanrıyadır. Tanrı uşaqlarımızı qorudu, onları video materiallarda gördük. Siz lider sayılırsınız? Uşaqlarımızı qurtarmaq və geri gətirmək üçün stullarınızda oturun. Qoy Baş nazir doğum gününü qeyd etsin. İstedadsız insan”. 8 aydır oğlu haqqında heç bir məlumatı olmayan qadın həyəcanını gizlətməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO