Kobaxidze: AŞPA-nın qərarı Avropa bürokratiyasında böhrandan xəbər verir

Kobaxidze: AŞPA-nın qərarı Avropa bürokratiyasında böhrandan xəbər verir

Hazırda oxunan: Kobaxidze: AŞPA-nın qərarı Avropa bürokratiyasında böhrandan xəbər verir

232378

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstanın üzvlüyü ilə bağlı qeyd-şərtlə qəbul etdiyi qərar konstruktiv işi davam etdirməyi mümkünsüz edib”. 

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“AŞPA-nın qərarı Avropa bürokratiyasında böhrandan xəbər verir. Gürcüstan təhqiredici tələblərə yenidən baxılması şərti ilə AŞPA-ya qayıtmağı nəzərdən keçirəcək”, - Kobaxidze vurğulayıb.

Qeyd edək ki, bu gün AŞPA AŞPA məhdudiyyətlərlə Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin tanınmasını dəstəkləyib.
 

Avropa Şurası Parlament Assambleyası 114 səslə Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin müəyyən məhdudiyyətlərlə tanınmasını dəstəkləyib, onun tam istisna edilməsi təklifini rədd edib. Bu qərar AŞPA-da ən böyük siyasi qrup olan Avropa Xalq Partiyasının Gürcüstanın assambleyanın işində iştirakdan kənarlaşdırılması məsələsini qaldırmasından sonra qəbul edilib.


Bu qərardan sonra Hakim “Gürcü arzusu” partiyasına aid nümayəndə heyəti təsdiq edilmiş səlahiyyətlərə baxmayaraq, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırmaq qərarına gəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO