Naməlum şəxslər Ermənistanın baş naziri Nikol Paşinyanın qaynı, Anna Akopyanın qardaşı, “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Qraçya Akopyanın malikanəsini qarət ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə "Hraparak” qəzeti yazıb.
Nəşr qeyd edir ki, soyğunçuluq ilin əvvəlində baş verib, lakin Akopyan bu faktı gizlətməyə çalışıb və bunu müxtəlif növ spekulyasiyalar yaratmaq istəməməsi ilə izah edib.
Hadisə isə partiyadaxili dairələrdə fəal müzakirə olunur. Qəzet iddia edir ki, bəziləri istehza ilə qeyd edirlər ki, deputat səfərlərə getmək əvəzinə ailə məsələlərinə daha çox vaxt ayırsaydı, oğurluğun qarşısını almaq olardı.
Daxili İşlər Nazirliyi jurnalist sorğusuna cavab olaraq təsdiqləyib ki, yanvarın 14-də Dzoraxbyur kəndində evdən oğurluq edilməsi barədə məlumat daxil olub, materiallar İstintaq Komitəsinə göndərilib.
Qəzet qeyd edir ki, malikanə Akopyan tərəfindən Ermənistanda hakimiyyət dəyişikliyindən sonra alınıb.
Bizim.Media