Ermənistan parlamentinin spikeri Alen Simonyan yanvarın 21-də parlamentdə jurnalistlərlə söhbətində “Artsax” (Qarabağdakı sabiq separatçı rejim) sözünü işlədib. Sonra isə səhvini başa düşərək "Bəli, “Qarabağ” ifadəsini işlətmək düzgündür” deyib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər "news.am" saytında yerləşdirilib.
Jurnalistlərdən biri isə ona xatırladıb ki, bir vaxtlar siz Ağdamı “vətən” hesab edirdiniz.
Spiker isə buna “Biz hamımız səhv edirik. Əlavə sualınız var?" cavabını verib.
Xatırladaq ki, Alen Simonyan 2018-ci ildə qanunsuz şəkildə Ağdama səfər edərək, topladığı narlara birgə fotolar çəkdirmişdi və Ağdamı öz "vətəni" kimi təqdim etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Region
14:37 / 21.01.2025
Erməni spikerdən gecikmiş ETİRAF – “Ağdama getməyim səhv idi” – VİDEO
Hazırda oxunan: Erməni spikerdən gecikmiş ETİRAF – “Ağdama getməyim səhv idi” – VİDEO
Hazırda oxunan: Erməni spikerdən gecikmiş ETİRAF – “Ağdama getməyim səhv idi” – VİDEO
231027
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.