Rusiya Türkiyə ilə avialəqəyə qoyulan qadağanı uzadacaq.
Bizim.Media "TASS" istinadla xəbər verir ki, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahındakı mənbədən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyanın beş şəhərindən Azərbaycana uçuşlar dayandırıldı - SİYAHI
Bildirilib ki, Rusiya uçuşlara qoyulan qadağanı 1-iyundan sonra da uzadacaq:
"Yeni son tarixin nə vxatadək olacağı məlum deyil. Bu Türkiyədəki koronavirusla bağlı vəizyyətlə əlaqəlidir. Hələ ki, tətil təhlükəlidir".
Qeyd edək ki, Türkiyəyə uçuşlarla bağlı qadağa qərarı hazırda sabahadək qüvvədədir.
Xatırladaq ki, Rusiya aprelin 15-dən iyunun 1-dək koronavirusa yoluxma sayında artıma görə Türkiyə ilə hava əlaqəsini dayandırıb.
Bizim.Media