Yunanıstana olan səfərini yekunlaşdıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Nikos Dendiasla qucaqlaşıb.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, aprel ayında Ankarada qalmaqal yaşayan nazirlərin Afinada qucaqlaşması diqqət çəkib.
MÖVZU İLƏ BAĞLI:
Yunanıstan XİN rəhbəri Ankarada qalmaqal yaratdı - VİDEO
Qeyd edək ki, aprel ayında Ankarada səfərdə olan Yunanıstan XİN rəhbəri Nikos Dendiasın “Əgər Türkiyə Yunanıstanın suverenliyini pozmağa davam edərsə, bizim ittihamlarımız təkrar gündəmə gələcək” ifadəsinə qarşı Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu sərt reaksiya vermişdi.
Bizim.Media